ABŞ prezidenti Donald Tramp Vladimir Zelenskinin Ukraynadakı münaqişənin həlli üçün razılaşmaya hazır olduğunu iddia edib.AFN.az xarici mediaya istinadən xəbər verir ki, o, bu barədə yanvarın 20-də Ağ Evin Oval kabinetində jurnalistlərə deyib. “Zelenski sövdələşmə etmək istəyir2 - deyən ABŞ prezidenti qeyd edib ki, Rusiya lideri Vladimir Putinin də razılaşmaya hazır olduğunu gözləyir: “Mən onunla çox yaxşı anlaşdım və ümid edərdim ki, o, razılaşmaq istəyir”.Xatırladaq ki, Putin də Rusiya Təhlükəsizlik Şurasının iclasında bildirib ki, Moskva ABŞ-ın yeni administrasiyası ilə Ukrayna münaqişəsi ilə bağlı dialoqa açıqdır.