EN

Ağabala Ramazanov: “Qurban Qurbanov həmişə düzgün seçim etməyi bacarır”

“Rumınlarla oyun çətin olacaq”.

Bunu İdman.biz-ə Azərbaycan millisinin sabiq futbolçusu Ağabala Ramazanov deyib.

“Səbail”in sabiq hücumçusu Avropa Liqasının Liqa mərhələsində “Qarabağ”ın Rumıniya FCSB ilə oyununu dəyərləndirib. Bakı təmsilçisinin heyətində avrokubokda “Univestatya Krayova”ya 2 oyunda 3 qol vuran veteran hücumçu Azərbaycan çempionunun dueldən üzüağ çıxacağına inanır: “Rumınların 6 oyundan sonra 11 xalı var. Çox çətin matç olacaq. Ancaq “Qarabağ”ın qələbə qazanacağına inanıram. Təbii ki, Juninyonun yoxluğu bu oyuna ciddi təsir edəcək. Braziliyalı “Qarabağ”ın əsas qol silahı idi. Ancaq hər futbolçunun öz yeri var. Fikrimcə, “Qarabağ”ın hücum xəttində kreativ oyunçular çoxdur. Məsələn, Musaya və Nərimana inanıram”.

Ramazanovun sözlərinə görə, rumınların fərqli oyun stili var: “Univestatya Krayova” ilə hər iki matç karyeramdakı ən yaxşı və yaddaqalan oyunlardan olub. Həmin görüşlərə əsasən deyə bilərəm ki, rumınlar aqressiv futbolu sevirlər. İstənilən halda, bu qarşılaşmada “Qarabağ”ın qələbə qazanacağına ümid edirəm. Çünki Qurban Qurbanov çətin vəziyyətlərdə həmişə düzgün seçim etməyi bacarır”.

Qeyd edək ki, Avropa Liqasının Liqa mərhələsinin VII turunun "Qarabağ" - FCSB matçı yanvarın 23-də, saat 21:45-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.

Aytac Sahəd
İdman.biz

Chosen
12
10
idman.biz

6Sources