EN

Taksidən istifadə edənlərin sayı azalıb - SƏBƏB

Azərbaycanda taksidən istifadə edənlərin sayında azalma qeydə alınıb. 


Sfera.az rəsmi dövlət statistikasına istinadən xəbər verir ki, 2024-cü ildə 90 milyon 829 min sərnişin taksidən istifadə edib. 2023-cü illə müqayisədə taksidən istifadə sayı 3,29 milyondan çox azalıb. Bir il əvvəl taksidən istifadə edən sərnişinlərin sayı 94,123 milyon olub. 


Qeyd edək ki, Azərbaycanda sərnişinlərin 4,35 faizi taksidən istifadə edir. Bu göstərici 2023-cü ildə 4,9 faiz olub.


Taksidən istifadə edən sərnişinlərin sayının azalması taksi xidmətlərinin bahalaşması ilə bağlıdır. Rəsmi məlumatlara əsasən, son bir ildə taksi qiymətləri 20 faizə yaxın yüksəlib. 2024-cü ilin əvvəlində bir gedişin orta qiyməti 5,6 manat olduğu halda ilin sonunda 6,6 manatadək artıb. 

 

Vasif
 

Chosen
15
sfera.az

1Sources