EN

Almaniyada 11 milyon il əvvəl yaşamış balinanın skeleti aşkarlanıb

Almaniyada könüllü arxeoloqlardan ibarət bir qrup Şleyzviq-Holştayn əyalətinin Grosse Pampau (Böyük Pampau) icması yaxınlığında təxminən 11 milyon il əvvəl yaşamış bir balinaya aid skeletin qalıqlarını tapıb.

Bakıvaxtı.az xarici mediaya istinadla xəbər verir ki, bu tapıntı çox mühüm əhəmiyyət kəsb edir, çünki dişi balinaya aid qalıqlar çox yaxşı vəziyyətdə saxlanılıb. Skeletin uzunluğu 3,5 metrdir və demək olar ki, tamamilə qorunub.

Qeyd edək ki, Böyük Pampau ərazisindəki çınqıllı sahə təxminən 11 milyon il əvvəl Miosen dövrünə aid nadir fosil tapıntılarının aşkarlandığı yerlərdən biridir.

Əli Hüseynov

Chosen
19
28
bakivaxti.az

10Sources