EN

Trampın neft planı: Azərbaycana necə təsir edəcək?

"Hazırda qlobal dünya Trampın andiçmə mərasimindən dərhal sonra atdığı bir sıra ciddi addımlardan, sözün əsl mənasında, təlaş keçirtməkdədir. Paris sazişindən, ÜST-dən çıxması və digər addımları Trampın 2016-cı ildə olan prezidentliyindən sonra başlayan ilk dövrü ilə müqayisədə hazırda tamamilə başqa bir Trampı görə biləcəyimizi deməyə əsas verir".

Bu sözləri News24.az-a açıqlamasında iqtisadçı-ekspert Eldəniz Əmirov deyib.


Ekspertin sözlərinə görə, Tramp öncədən də dediyi kimi, dünyada neft-qaz qiymətlərinin aşağı salınması üçün əlindən gələni etməyə çalışacaq.

"Təbii olaraq Azərbaycanda həm ümum daxili məhsulun, həm də dövlət büdcəsinin gəlirlərinin formalaşmasında neft-qaz məhsullarından asılılıq kifayət qədər var. Neftin və qazın qiymətinin azalması ölkəmiz üçün arzuolunan hal deyil. Bütün bunlarla yanaşı, neft və qazın qiymətinin aşağı düşməsi Azərbaycan üçün idarə edə bilməyəcəyi bir çətinliklər yaratmayacaq. Bunun səbəbi isə ölkənin kifayət qədər valyuta ehtiyyatının olmasıdır. Eyni zamanda, neft qiymətlərinin uzunmüddətli dövr ərzində aşağı düşəcəyini gözləmirəm. Çünki tələb və təklif bütün hallarda sonda qiymətin formalaşmasında ən böyük rol oynayan fakt olur", - deyə o əlavə edib.

E.Əmirov onu da vurğulayıb ki, ABŞ-nin daxili istehsalını artırmağa çalışsa da, neft qiymətlərinin kifayət qədər aşağı düşməsi Alaskada və Amerikanın şimalında olan digər ərazilərində maya dəyərindən aşağı düşməsinə imkan verməyəcək.

"Yəni, həmin yerlərdən çıxarılan neftin maya dəyərindən aşağı qiymətə hasil edilməsi rentabellik baxımından sərfəli deyil. Buna görə də, müəyyən həcmdə olan qiymət mütləq şəkildə qalacaq və enişlər isə qısamüddətli olacaq. Uzunmüddətli dövr ərzində neft və qazın kəskin ucuzlaşacağını, bu prosesin bir neçə ay davam edəcəyini gözləmirəm", - deyə o bildirib.

Günel Məlikzadə

Chosen
5
50
news24.az

10Sources