EN

TƏBİB: Fərid Səfərliyə dəstək göstərilə bilər

Fərid Səfərliyə TƏBİB-in tabeliyində fəaliyyət göstərən tibb müəssisələrində çalışan klinik psixoloqlar vasitəsilə psixoloji dəstək verilə bilər. 

Bu barədə Ölkə.Az-ın sorğusuna cavab olaraq TƏBİB-in Mətbuat Xidmətindən məlumat verilib. Bildirilib ki, bununla bağlı Fərid Səfərlinin anası ilə əlaqə saxlanılıb, zərurət üzrə göstərilə biləcək tibbi xidmətlər barədə məlumat verilib. 

"Müraciət olunacağı təqdirdə ixtisaslı tibb xidmətlə təmin olunacaq",- deyə cavabda qeyd edilib.

Qeyd edək ki, 2023-cü ildə İranda saxlanılan Azərbaycan vətəndaşı Fərid Səfərli 3 gün əvvəl İrandan təhvil alınaraq ölkəmizə qaytarılıb. Tələbənin anası Dilarə Əsgərova sosial şəbəkə hesabında oğlunun azadlığa çıxması ilə bağlı paylaşım edib. D.Əsgərova oğlunun başına gələnlərdən sonra depressiya vəzyyətinə düşdüyünü deyərək TƏBİB-dən yardım gözlədikləini yazmışdı.

Billurə Yunus

Chosen
11
2
olke.az

3Sources