EN

“Orta məktəbi güclə bitirib, qabağına bir aparat qoyub yazır ki, “həkim-lazeroloq!”

Bugünlərdə Baş prokuror Kamran Əliyev jurnalistlərə açıqlamasında Səhiyyə Nazirliyi və Baş Prokurorluğun saxta sertifikatlı plastik cərrahlarla bağlı birgə komissiya yaratdığını, Səhiyyə Nazirliyinin müraciəti əsasında faktlarla bağlı cinayət işi başlanıldığını bildirib.

 

Maraqlıdır, bu sahədə aparılan araşdırmalar, saxta sertifikatlı şəxslərin ifşası cəmiyyətdə həkimlərə inam və etibarı artıra, onların nüfuizunu yüksəldə bilərmi?

 

Moderator.az-a açıqlama verən professor Adil Qeybulal mövzu ilə bağlı maraqlı fikirlər səsləndirib:

 

“Bu məsələyə bir az fərqli yanaşmaq lazımdır. Əvvəla, Azərbaycanda bu gün Almaniyada, qardaş Türkiyədə hazırlıq keçib gəlmiş xeyli peşəkar həkimlər var. Gərək elə edək ki, onları da küsdürməyək. Onlar gedib çox rahatlıqla Almaniyada, Fransada, Türkiyədə işləyə bilərlər.

 

Bu da bir həqiqətdir ki, müxtəlif fırıldqlarla həkimlik edənlər də var. Elə adam var ki, orta təhsili var, ya yox, bilinmir, yaxud güclə orta təhsil alıb, qabağına bir lazer aparatı qoyur. Qarşısına da yazıb  qoyur ki, “həkim-lazeroloq”. Belə biabırçılıqla son qoymaq lazımdır.

 

Sertifikatı həkimə yalnız ixtisaslaşmış müəssisənin tabe olduğu təşkilatlar, cəmiyyətlər verə bilər. Məsələn, Estetik Cərrahlar Cəmiyyəti Səhiyyə Nazirlyinin qeydiyyatından keçən qurum kimi kiməsə bunu verə bilər. Bu sənəd də nazirlik tərəfindən təsdiq olunur. Bizdə isə belə deyil. Buna görə də bu sahədə belə bir araşdırmanın aparılması faydalıdır”.

 

Seymur ƏLİYEV

Chosen
19
30
moderator.az

10Sources