EN

Fərdin anasına TƏBİB-dən cavab: "Psixoloq təyin olunacaq"

Bildiyimiz kimi, İranda həbsdə olmuş tələbə Fərid Səfərli azad edilib və Azərbaycana qaytarılıb. 

Tibbi müayinədən keçdikdən sonra o, ailəsinə qovuşub.  Fəridin anası Dilarə Əsgərova özünün "Facebook" hesabında paylaşım edib. 

O, paylaşımda TƏBİB-ə də müraciət edərək, “Bütün bu başına gələnlər onu dərin depressiya vəziyyətinə salıb. Ürəyi arzularla dolu bir gənci, həyatdan küskün, özünü cəmiyyətdən təcrid etmiş bir insana çeviriblər. Gəldiyi gündən bir otağa girib, heç kimi görmək istəmir. Biz onun sağlamlığına qovuşması üçün əlimizdən gələni edəcəyik. Ümidvaram ki, TƏBİB də bu məsələdə əlindən gələn köməyi bizə göstərəcək”,-deyib.

"Cebheinfo.az" xəbər verir ki, Fərid Səfərlinin hazırda tibbi nəzarətə götürülməsi və ona psixoloq təyin olunması ilə bağlı müraciətinə TƏBİB-dən münasibət bildirilib. 

Qeyd olunub ki, Fərid Səfərliyə TƏBİB-in tabeliyində fəaliyyət göstərən tibb müəssisələrində çalışan klinik psixoloqlar vasitəsilə psixoloji dəstək verilə bilər. 

"Bu barədə Fərid Səfərlinin anası ilə əlaqə saxlanılıb, zərurət üzrə göstərilə biləcək tibbi xidmətlər barədə məlumat verilib. Müraciət olunacağı təqdirdə ixtisaslı tibb xidmətlə təmin olunacaq".

Chosen
13
cebheinfo.az

1Sources