Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Bolu vilayətindəki Kartalkaya xizək kurortunda baş verən yanğından sonra yanvarın 22-ni ölkədə matəm günü elan edib.
“Fəlakətlə əlaqədar ölkəmizdə matəm günü elan edilib. Yanvarın 22-si çərşənbə günü gün batana qədər bayraqlar yarıya qədər endiriləcək. Bu gün siyasət günü deyil, birlik və həmrəylik günüdür”, - deyə “Hürriyet” qəzeti prezidentin sözlərini sitat gətirib .