Ukrayna Dövlət Təhqiqatlar Bürosu Ukrayna Təhlükəsizlik Xidməti ilə əməkdaşlıq edərək 2024-cü ilin mayında rus qoşunlarının Xarkov vilayətinin ərazisinin bir hissəsini ələ keçirməsinə görə təqsirləndirilən yüksək rütbəli zabitləri saxlayıb.
News24.az bizim.media-ya istinadla xəbər verir ki, “Ukrayinska Pravda”nın məlumatına görə, səhlənkarlığa görə iki general və bir polkovnik saxlanılıb.
Bunlar keçmiş komandirlərdən briqada generalı Yuri Qaluşkin, general-leytenant Artur Qorbenko və polkovnik İlya Lapindir.
Müstəntiqlərin fikrincə, zabitlərin hərəkətləri şəxsi heyətin və silahların itkisinə, habelə dövlət sərhədinin müdafiəsinin pozulmasına səbəb olub.
Saxlanılan şəxsləri 8 ilə qədər həbs cəzası gözləyir.
![](https://news24.az/uploads/posts/2025-01/1737383749_5219858713756690979.webp)
![](https://news24.az/uploads/posts/2025-01/1737383734_5219858713756690978.webp)
![](https://news24.az/uploads/posts/2025-01/1737383695_5219858713756690980.webp)