EN

Azərbaycan səmasında görünən uçan obyekt nədir?

Bu gün səmada müxtəlif vaxtlarda müəyyən görüntülər müşahidə olunub.

Publika.az xəbər verir ki, bu barədə gün ərzində BAKU.WS-in "qaynar xətti"nə müxtəlif videogörüntülər göndərilib. Gəncə, Daşkəsən, Şəmkir və paytaxtn müxtəlif ərazilərindən çəkilən videolarda səmada qəribə formalı işıq görünür. Səmada hərəkət edən obyekt bir saat müddətində müşahidə olunub.

Bəs səmada müşahidə edilən naməlum obyekt nədir?

Məsələyə aydınlıq gətirmək üçün Şamaxı Astrofizika Rəsədxanasının icraçı direktoru, professor Nəriman İsmayılov ilə əlaqə saxladıq. Professorbildirib ki, bu görüntülər müxtəlif səbəblərdən yarana bilər.

"İlk öncə qeyd edim ki, bu astronomiya ilə bağı hadisə deyil. Yerdə baş verən proseslərdən dolayı yaranan görüntülərdir. Gözlə görünürsə, bu kosmik peyklər də ola bilər. İlon Maskın şirkəti orbitə peyk buraxıb. Onlar birgə uursa, uzun bir quyruq yaradır. Adi gözlə də görmək olur", - deyə ekspert bildirib.

Nəriman İsmayılov deyir ki, insanların görüntüyə müxtəlif ad verməsi isə tamamən cəfəngiyyatdır:

Chosen
13
24
publika.az

10Sources