Türkiyənin Egey dənizi sahillərində 5,0 bal gücündə zəlzələ baş verib.
Â
Bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Â
Yeraltı təkanlar yerli vaxtla saat 23:38-də (Bakı vaxtı ilə 00:38) Türkiyənin Çanaqqala vilayətinin Ayvacık şəhərindən 20 km cənub-qərbdə qeydə alınıb.
Â
Zəlzələnin ocağı 10 km dərinlikdə yerləşib. Tələfat və dağıntılar barədə məlumat yoxdur.
Â
Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) isə bildirilib ki, 5,2 ballıq zəlzələ yerli vaxtla saat 23:38-də, Ayvacık rayonundan 6,62 kilometr aralıqda qeydə alınıb. Yeraltı təkanlar Çanaqqala ilə yanaşı ətraf vilayətlərdə də hiss edilib.
Â
Report