ABŞ prezidenti Donald Tramp Ağ Evdə çıxışı zamanı Ukraynaya əlavə silah tədarükü məsələsinin hazırda nəzərdən keçirildiyini açıqlayıb...
Poliqon Reuters Agentliyinə istinadən xəbər verir ki, bir jurnalistin administrasiyasının Ukrayna ordusuna tədarükləri davam etdirməyə hazır olub-olmadığını soruşduqda Tramp, “Biz bu məsələni araşdırırıq” deyə cavab verib.
ABŞ prezidenti əlavə edib ki, Avropa İttifaqı Ukraynanı dəstəkləmək üçün indi etdiyindən daha çox şey etməlidir. Donald Tramp Ukrayna prezidenti Vladimir Zelenski ilə danışdığını və Rusiya prezidenti Vladimir Putinlə “çox yaxında” danışmağı planlaşdırdığını qeyd edib.
Tramp bildirib ki, əgər Putin dialoqdan imtina edərsə, o, Rusiyaya qarşı daha sərt sanksiyaları nəzərdən keçirməyə hazırdır. Bundan əlavə, Tramp qeyd edib ki, yanvarın 17-də Çin sədri Si Cinpinlə telefon danışığında Ukraynadakı münaqişənin həllinə kömək istəyib.
Poliqon.info