Kosmosla bağlı yeni üsul təklif olunur
Padua Universitetinin italyan alimləri Beynəlxalq Kosmik Stansiyanı (BKS) yanacaq sərf etmədən sabit hündürlükdə saxlayacaq üsul təklif ediblər.
Reyting.az xarici KİV-ə istinadla xəbər verir ki, bununla bağlı tədqiqatın nəticələri “Acta Astronautica” (ActAstro) elmi jurnalında dərc olunub.
Bildirilir ki, Günəş panelləri olan kabel ISS BKS-ni yanacaq sərf etmədən sabit hündürlükdə saxlamağa imkan verəcək.
Onu da qeyd edək ki, BKS-nin orbiti Yerdən 400 kilometr yüksəklikdə atmosferlə qarşılıqlı təsirə görə daim azalır.
V. QULİYEV