EN

22 ştat Trampın sərəncamına qarşı iddialar qaldırıb

22 ştatın, eləcə də San-Fransisko şəhərinin və Kolumbiya dairəsinin baş prokurorları prezident Donald Trampın doğum hüququ ilə vətəndaşlığı məhdudlaşdıran sərəncamının qarşısını almaq üçün məhkəməyə müraciət ediblər...

Poliqon xəbər verir ki, bu barədə ABC telekanalı məlumat yayıb.

Qeyd edək ki, inauqurasiya günü prezident sərəncam gələn aydan etibarən ABŞ-da qeyri-qanuni və ya qeyri-immiqrasiya vizası ilə ölkədə olan və ataları vətəndaş və ya daimi sakin olmayan anaların ABŞ-da doğulan uşaqlarına vətəndaşlıq verməməklə bağlı sərəncam imzalayıb.

Xatırladaq ki, bu sərəncama qədər Amerikada doğulan uşaqlar avtomatik olaraq ABŞ vətəndaşı olurdular.

Ölkə ərazisində doğulan uşaqların vətəndaşlığı hüququ ABŞ Konstitusiyasına 14-cü Düzəlişdə təsbit olunub.

Prezident bir qələm zərbəsi ilə 14-cü düzəlişin mövcudluğunu ləğv edə bilməz”, deyə Nyu Cersi ştatının Baş prokuroru Mett Platkin deyib.

ABC telekanalı xəbər verir ki, Massaçusets və Nyu-Hempşir ştatlarında miqrantların hüquqlarını müdafiə edən bir neçə qeyri-hökumət təşkilatı da çərşənbə axşamı Trampın sərəncamının konstitusiyaya zidd olduğunu elan etmək üçün məhkəməyə müraciət edib.

İddiaçılar ölkədə hər il 150 min uşağın vətəndaşlığı olmayan valideynlər tərəfindən doğulduğunu və sərəncamda göstərilən tədbirlərin həyata keçirilməsinin onları deportasiyaya məruz qoyacağını iddia edirlər. Onlar həmçinin uşaqların tibbi xidmətdən məhrum ola biləcəyindən qorxurlar.

Ağ Ev hüquqi proseslərə hazır olduqlarını vurğulayıb.

“Radikal sol axının əksinə üzüb xalqın böyük iradəsinə müqavimət göstərə bilər, ya da onlar bizə qoşulub prezident Trampla işləyə bilərlər”, deyə Ağ Evin mətbuat katibinin müavini Harrison Fields şərhində deyib.

Poliqon.info

Chosen
42
50
poliqon.info

10Sources