xəbər verir ki, mənbələrə istinad edən “Bloomberg” agentliyinin yaydığı məlumata görə, “Taliban” hərəkatının üzvlərinin fikrincə, ABŞ nəinki onların ələ keçirdiyi silahları burada saxlamalı, həm də “İslam Dövləti” (İŞİD) terror təşkilatı ilə mübarizə üçün Əfqanıstana daha müasir vasitələr göndərməlidir.
Xatırladaq ki, yanvarın 19-da tərəfdarları üçün keçirdiyi mitinqdə Donald Tramp “Taliban”ın Amerika silah və texnikasını qaytarmayacağı halda, Əfqanıstana bütün maliyyə yardımını kəsəcəyini bildirib. Həmin silahlar və avadanlıq 2021-ci ildə ABŞ qoşunları 20 ildən artıq müddətdən sonra Əfqanıstanı tərk edərkən taliblərin əlinə keçib.
Tramp kütləvi ixtisarlara başlayır |
Qeyd edək ki, dünən “Taliban”la ABŞ arasındaməhbus mübadiləsi çərçivəsində iki amerikalıazad olunub.
Sahil İsgəndərov
AzVision.az