EN

İş axtaran gənclərin qarşısına çıxan yeni təhlükələrə diqqət: QHT sədrindən AÇIQLAMA

İnsan Alverinə Qarşı Mübarizə üzrə QHT Koalisiyasının üzvü və "Sağlam mühit" Gənclərin İnkişafına Kömək İctimai Birliyinin sədri Əli Mirzəyev QHT.az-a verdiyi açıqlamasında sosial şəbəkələr və internet resursları üzərindən yayılan işçi qəbulu elanlarının artmasına diqqət çəkib. O, bildirib ki, ilk baxışdan normal görünsə də, bu elanlarda daha ciddi məqsədlərin gizləndiyini və iş axtaran gənclərin bəzi hallarda bu cür tələlərə düşdüyünü vurğulayıb.

"Belə hallarla mübarizə aparmaq üçün ailədə, təhsil müəssisələrində və gənclər təşkilatlarında maarifləndirmə tədbirlərini genişləndirməklə məlumatlılıq səviyyəsini artırmaq lazımdır," - deyə QHT sədri əlavə edib. O, valideynlərin bu sahədə məlumatlılığını artırmaq üçün QHT-lərin imkanlarından istifadə edərək təlimlər, seminarlar, dəyirmi masalar və ictimai müzakirələr təşkil etməyin vacibliyini qeyd edib.

Əli Mirzəyev eyni zamanda, gənclərin sosial şəbəkələrdə qarşılaşdıqları müxtəlif təkliflərə qarşı daha diqqətli olmalarını və bu cür təkliflərə qarşı mübarizənin yalnız hüquq-mühafizə orqanları ilə deyil, həm də geniş maarifləndirmə tədbirləri ilə mümkün olduğunu vurğulayıb.

 

İnsan Bu yazı QHT.az platforması və İnsan Alverinə Qarşı Mübarizə Üzrə QHT Koalisiyasının birgə əməkdaşlığı ilə “Ölkələrdə Milli Səviyyədə İnsan Alveri Probleminin Qarşısının Alınması Aylığı” çərçivəsində hazırlanıb.

 

Pərvanə Fərhadqızı

Chosen
20
21
qht.az

10Sources