EN

Ermənistan Aİİ-dən çıxmaq niyyətində deyil - Simonyan

“Ermənistanın Avropa İttifaqına (Aİ) daxil olmaq istəyi erməni xalqının iradəsidir və biz bu iradəni Ermənistan Respublikasının parlamentində müzakirə edib qərar verəcəyik, ondan sonra məsələ daha da aydınlaşacaq”.

Modern.az xəbər verir ki, bunu parlamentin spikeri Alen Simonyan jurnalistlərlə söhbətində Ermənistanın Avrasiya İqtisadi İttifaqı (Aİİ) və Aİ arasında seçim etməli olacağı barədə fikirləri şərh edərkən deyib.

“Düşünmürəm ki, Rusiyanın narahat olacağı bir şey var. Və düşünmürəm ki, hər hansı formada əməkdaşlığın olması problem yarada bilər. Əgər bu, onlar üçün problemdirsə, məncə, Ermənistan və Rusiyanın bir-biri ilə müzakirə edə bilməyəcəyi məsələ yoxdur.

Biz müzakirə edə bilərik, həll yolları tapa bilərik, lakin Ermənistan suveren dövlətdir və hansı qanunu qəbul edəcəyini, onun maraqlarından nəyin qəbul olunub-olmayacağını özü qərar verir”, - Simonyan bildirib.

Parlament sədrinin sözlərinə görə, Ermənistan Aİİ-dən çıxmaq niyyətində deyil;

“Aİİ Ermənistan üçün iqtisadi cəhətdən faydalı strukturdur. Təşkilatdan çıxmaq fikrimiz yoxdur, iştirakımızı davam etdirmək niyyətindəyik”.

Chosen
26
50
modern.az

10Sources