EN

Südün yaydığı təhlükə - XƏBƏRDARLIQ

Süd və süd məhsulları insanların geniş istifadə etdiyi əvəzsiz qidalardandır. Süd yaxşı stimulyatordur və orqanizmə daxil olan başqa qida maddələrinin mənimsənilməsini artırmağa yardım edir. Süd kalsium, fosfor, kalium və vitamin K2 ilə zəngindir ki, bu elementlər də sümüklər üçün çox faydalı hesab edilir. Orqanizmin kalsium ehtiyatının 99 faizi sümüklərdə cəmləşir. Mütəmadi süd istehlakı sümük kövrəkliyinin və qırılmasının qarşısının alınmasında olduqca faydalıdır. Xüsusilə də qadınlarda proteinlərlə qidalanmaq sümüyün möhkəmlənməsində mühüm rol oynayır.

Bəs, açıq, adsız, etiketsiz şəkildə "məhəllə marketlərində" və sairdə kənd südü, təbii süd adı altında satılanlar nə dərəcədə faydalıdır?

News24.az-ın sualını cavablayan Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin ictimaiyyətlə əlaqələr sektorunun müdiri İlkin Kərimov bildirib ki, açıq şəraitdə satılan süd məhsulları gigiyenik baxımdan insan orqanizmində zərərli xəstəliklərə səbəb ola bilər. 

O qeyd edib ki, süd və süd məhsulları alarkən qablaşdırmanın üzərində aşağıdakı məlumatların olduğuna diqqət etmək lazımdır:


İlkin Kərimov

- istehsalçı müəssisənin adı və ünvanı,

- məhsulun adı;

- yağın kütlə payı;

- əmtəə nişanı; 

- məhsulun xalis çəkisi;

- istifadə tarixi;

- tərkibi; 

- istifadə edilməsi haqda məlumatlar;

- saxlanılma müddəti və şəraiti və s.

"Süd məhsullarının qablaşdırılmış paketləri zədəsiz olmalı, məhsulların yararlılıq müddəti istehsalçı tərəfindən paketin üzərində əks olunmalıdır. Süd tez xarab olan məhsullara daxil olduğu üçün istehlak ediləcək miqdarda alınmalıdır. Alındıqdan sonra isə ən qısa müddətdə soyuducuya yerləşdirilməlidir. Saxlama müddəti keçmiş süd məhsullarının istifadəsi sağlamlıq üçün təhlükəlidir", - deyə, o bildirib.

Günel Məlikzadə

Chosen
21
1
news24.az

2Sources