Ukrayna Prezidenti Volodimir Zelenski atəşkəs əldə olunandan sonra Ukraynaya lazım olan xarici sülhməramlı qüvvələrin sayı ilə bağlı açıqlama verib.
“AzPolitika” xəbər verir ki. Davosda xarici jurnalistlərin suallarını cavablandıran Zelenskinin fikrincə, Rusiyanın yeni hücumunun qarşısını almaq üçün Ukraynaya ən azı 200 min avropalı sülhməramlı lazımdır.
Prezident həmçinin vurğulayıb ki, sülhməramlıların yerləşdirilməsi Ukraynanın ehtiyac duyduğu təhlükəsizlik təminatının yalnız bir hissəsi olacaq.
Zelenskinin sözlərinə görə, azı 200 min sülhməramlıya ehtiyac var, çünki Rusiya qoşunlarının sayı 1,5 milyon nəfərdir. Ukraynada isə bunun yarısı qədər ordu var.
Xatırladaq ki, Zelenski daha əvvəl bildirmişdi ki, Ukrayna öz tərəfdaşları ilə sülhməramlıların göndərilməsi məsələsini müzakirə edir. Eyni zamanda, Kiyev ABŞ-siz heç bir təhlükəsizlik zəmanətini nəzərdən keçirməyəcək.
Bundan öncə Almaniyanın Müdafiə naziri Boris Pistorius alman hərbçilərinin Ukrayna ərazisində sülhməramlı missiyada iştirakını mümkün sayıb.
“AzPolitika.info”