EN

MM-də valideynlərini itirmiş və himayədən məhrum olmuş uşaqlara birdəfəlik pul vəsaitinin konkret məbləğdə ödənilməsi təklif edilir (FOTO)

Bakı. Trend:

Yanvarın 22-də Milli Məclisin Ailə, qadın və uşaq məsələlərikomitəsinin 2025-ci ilin yaz sessiyasında ilk iclası keçirilib.

Bu barədə Trend-ə Milli Məclisin Mətbuat və ictimaiyyətləəlaqələr şöbəsindən məlumat verilib.

Məlumata görə, iclası açan komitə sədri Hicran Hüseynova iclasıngündəliyinə 3 məsələnin daxil edildiyini söyləyib. O, əvvəlcəgündəliyin birinci məsələsini - Milli Məclisin 2024-cü ilin payızsessiyası dövründə Ailə, qadın və uşaq məsələləri komitəsindəgörülən işlər barədə hesabatı təqdim edib. Bildirilib ki, komitəninötən sessiya ərzində 11 iclası keçirilib və həmin iclaslarda 20məsələyə baxılıb. Sessiya dövründə 6 qanun layihəsi üç oxunuşda, 1qanun layihəsi isə bir oxunuşda qəbul edilib.

Payız sessiyası dövründə komitə sədri və üzvləri həm xaricdə,həm də parlamentdəki beynəlxalq tədbirlərdə, görüşlərdə, o cümlədənCOP29 çərçivəsində keçirilən tədbirlərdə fəal iştirak etmişlər,sosial şəbəkələrdə aktiv olmuşlar.

Hesabat dövründə komitəyə daxil olmuş 350-dən artıq ərizə,məktub və müxtəlif xarakterli sənədlərə baxılıb və müvafiqtədbirlər görülüb.

Ailə, qadın və uşaq məsələləri komitəsinin 2025-ci ilin yazsessiyası üçün iş planının layihəsi barədə Hicran Hüseynovabildirib ki, qarşıdakı sessiyada qanunvericilik təşəbbüsüqaydasında təqdim olunan qanun layihələrinin müzakirəsi, ailəinstitutunun daha da möhkəmləndirilməsinə dair dinləmələrinkeçirilməsi və digər məsələlər nəzərdə tutulub.

Sonra Hicran Hüseynova “Valideynlərini itirmiş və valideynhimayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında”Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədəqanun layihəsini təqdim edib.

O, bildirib ki, “Valideynlərini itirmiş və valideyn himayəsindənməhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” AzərbaycanRespublikası Qanununun 5-ci maddəsinə əsasən, sözügedənkateqoriyadan olan uşaqlar, habelə onların arasından olan şəxslərümumi təhsil, peşə və orta ixtisas təhsili, ali təhsilmüəssisələrini bitirdikləri zaman müvafiq icra hakimiyyətiorqanının təsdiq etdiyi qaydada mövsümi paltar və ayaqqabı, habelərespublika üzrə orta əmək haqqının iki mislindən az olmamaqlabirdəfəlik pul vəsaiti ilə təmin olunurlar.

Qanundan göründüyü kimi birdəfəlik pul vəsaitinin ödənilməsizamanı respublika üzrə orta əmək haqqının hansı dövr üçünhesablanması qeyd edilməmişdir. Təcrübədən məlum olduğu kimi ortaəmək haqqı aylar və illər üzrə dəyişir.

Eyni zamanda mövcud vəziyyətdə nəzərdə tutulmuş normativlər üzrəpaltar və ayaqqabıların sözügedən kateqoriyadan olan şəxslərintələbatına, bunların əvəzinə verilən pul kompensasiyasının isə qeydolunan mövsümi geyim məhsullarının orta bazar qiymətinə adekvatolmaması bu təminat növlərinin praktiki cəhətdən aktual olmamasınışərtləndirir.

Qeyd olunanlara əsasən, daha effektiv sosial təminat prinsipinintətbiq edilməsi, qanunvericilikdə olan qeyri-müəyyənliyin aradanqaldırılması, birdəfəlik pul vəsaitinin konkret məbləğdə ödənilməsivə bununla da vətəndaş məmnunluğunun artırılması məqsədilə Qanunun5-ci maddəsinin altıncı hissəsində müvafiq dəyişiklik edilməsitəklif olunur.

Gündəlikdəki məsələlərin müzakirəsində komitə sədrinin müaviniJalə Əliyeva, komitə üzvləri Tamam Cəfərova, Pərvin Kərimzadə,Sevinc Hüseynova, Mehriban Vəliyeva çıxış ediblər, qeyd vətəklifləri bildiriblər. İclasda iştirak edən Milli MəclisAparatının Sosial qanunvericilik şöbəsinin müdiri Adil Vəliyevqaldırılan məsələlərə aydınlıq gətirib, sualları cavablandırıb.

İclasda komitənin 2024-cü ilin payız sessiyası dövründə görülənişlər barədə hesabatı qənaətbəxş hesab olunub, 2025-ci ilin yazsessiyası üçün iş planı təsdiqlənib, qanun layihəsi isə birincioxunuşda Milli Məclisin plenar iclasında müzakirəyə tövsiyəedilib.

İclasda deputatlar Könül Nurullayeva, Müşfiq Məmmədli və digərrəsmi şəxslər iştirak ediblər.

MM-də
MM-də
MM-də
Chosen
24
4
az.trend.az

1Sources