Qusarda mina partlayışının qurbanı olmuş şəhid Rəşad Fərzəli oğlu Cavadovun anım mərasimi keçirilib.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, Qusar icra başçısı Sahir Məmmədxanov, müxtəlif idarə və müəssisə rəhbərləri, şəhidin yaxınları, ictimaiyyət nümayəndələri əvvəlcə şəhidin Hil kəndindəki məzarını ziyarət edib, qəbri önünə tər güllər düzüblər.
Qusar icra başçısı Azərbaycan Ordusunun əsgəri olmuş Rəşad Cavadovun 20 yaşında Xocavənddə mina partlaması nəticəsində həyatını itirərək şəhidlik zirvəsinə ucaldığını qeyd edib, ailəsinə belə oğul böyütdüyü üçün təşəkkür edib və onlara bir daha başsağlığı verib.
Anım mərasimində Hil kəndinin birinci Qarabağ və ikinci Qarabağ şəhidləri - Zahir Rzayevin və Rail Ramazanovun məzarları da ziyarət olunub.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu