AzVision.az Rusiya mediasına istinadən xəbər verir ki, söhbət “Deribasovskayada hava yaxşıdır və ya Brayton-Biçdə yenə yağış yağır” kinokomediyasından gedir.
Donald Tramp filmin onun Atlantik Sitidəki “Tac- Mahal” kazinosunda pulsuz çəkilməsinə icazə verib. Bunun üçün rejissor Leonid Qayday filmin titrlərində ameriaklı sahibkara təşəkkür edib. Tramp köməkçisi vasitəsilə hətta danışmadan belə filmdə görünməyi xahiş etsə də, rejissor buna razı olmayıb.
“Qaiday ona cavab verdi: “Bu kimdir? Mən belə artist tanımıram. Məndə Sovet İttifaqının xalq artistləri var! Myaqkov, Kuravlyov, Ciqarxanyan. Donald Tramp, bu kimdir?” Amma nahaq. Düşünürəm ki, indi gərək olardı!”,- Xaratyan vurğulayıb.
Yeri gəlmişkən, Dmitri Xaratyan bu kinokomediyada SSRİ-nin Dövlət Təhlükəsizlik Komitəsinin (DTK) fövqəlcasusu rolunda çəkilib.
Qeyd edək ki, Donald Tramp dəfələrlə müxtəlif filmlərdə epizodik rollar çəkilib. Onun ən məşhur epizodik rollarından biri Kris Kolumbun “Evdə tək 2: Nyu Yorkda itirilmiş” filmində olub. Trampın ekranda görünməsi təxminən 10 saniyə çəkir - o, Makoley Kalkinin canlandırdığı baş qəhrəmana otelin foyesinə necə getməli olduğunu göstərib.
Sahil İsgəndərov
AzVision.az