EN

“Belə halların komandama baha başa gəldiyinin fərqindəyəm” – Elvin tam hazırdı

“Qarabağ” Avropa Liqasının əsas mərhələsinin 7-ci tur matçında FKSB-ni qəbul edəcək.

“Football-plus.az” xəbər verir ki, “köhlən atlar”ın futbolçusu Elvin Cəfərquliyev Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən oyunöncəsi mətbuat konfransında iştirak edib. Oyunçu matç haqda fikirlərini bölüşdükdən sonra jurnalistlərin suallarını cavablandırıb.

– İlk dəfədi ki, “Qarabağ”ın formasıyla mətbuat konfransında iştirak edirəm. Bu üzdən, həyəcanlı olduğum üçün üzr istəyirəm. Sabahkı oyuna yaxşı hazırlaşmışıq. Rəqibi analiz etmişik. Məşqçilərimiz vacib təlimatları diqqətimizə çatdırıb. Azarkeşlərimizin qarşısında meydana çıxacağıq. Onları qələbəylə sevindirmək istəyirik.

– İlin ilk avrokubok oyununu keçirəcəksən. Özünü tam hazır hiss edirsənmi?
– Əlbəttə. Hazırlıq prosesi yaxşı keçib. Özümü həm fiziki, həm də psixoloji cəhətdən yaxşı hiss edirəm. Komandam üçün əlimdən gələni edəcəm.

– Həmkarım hakimin amansız biri olduğunu dedi. Bu məqamı nəzərə almısan?
– O sual baş məşqçimizə ünvanlanan da bunu soruşacağınızı hiss etdim. Hər oyuna çox ciddi hazırlaşıram. Qırmızı vərəqə almağımın əsas səbəbi çox aqressiv və istəkli olmağımdı. Öz üzərimdə işləyirəm. Belə halların komandama baha başa gəldiyinin fərqindəyəm. Məşqçimizin müvafiq təlimatları var. Hər şeyi anlayıram.

KƏNAN BAHADIR

1Sources