EN

Volker: Putin Trampın müharibəni dayandırmaq tələbi ilə razılaşmayacaq

Volker:

Ukrayna Rusiya ilə müharibəni bitirmək üçün ABŞ-nın yeni seçilmiş prezidenti Donald Trampa ümid bəsləyir, lakin rus lider Vladimir Putin çətin ki, müharibənin dayandırılmasına razı olsun.

Reyting.az
xəbər verir ki, bu fikri “Politico” nəşrinə ABŞ Dövlət Departamentinin Ukrayna üzrə keçmiş xüsusi nümayəndəsi Kurt Volker deyib.

Diplomat qeyd edib ki, qarşıdakı həftələr həm Kiyev, həm də Moskva üçün həlledici olacaq.

Volker düşünür ki, Tramp Putinə zəng edib ona müharibəni dayandırmağı məsləhət görəcək, Rusiya prezidenti isə bununla razılaşmayacaq. “Hesab edirəm ki, bu mərhələdən sonra Trampın komandası güc nümayişi etdirməli olduğunu başa düşəcək. Yəni daha çox qətiyyət göstərin və hər şeyi masaya qoyun”,- Ukrayna üzrə keçmiş səfir vurğulayıb.

Onun sözlərinə görə, bu, daha sərt sanksiyalar, Putinin hərbi büdcəsini azaltmaq üçün Amerikanın enerji ixracında böyük artım və Ukraynaya hərbi dəstəyin davam etdirilməsi ola bilər.

“Bunun vergi ödəyicisinin pulundan başqa müxtəlif yolları var, o cümlədən “Lend-Lease” proqramı, Avropanın Rusiyanın 300 milyard avroluq aktivlərini ələ keçirməsi və bu pul ilə Amerikanın müdafiə avadanlığını almaq üçün istifadə etməsi ola bilər”, - deyə Volker əlavə edib.

Xatırladaq ki, daha əvvəl D. Tramp bildirib ki, V. Putin Ukrayna ilə bağlı danışıqlar masasına oturmasa, böyük ehtimalla Rusiyaya qarşı sanksiyalar tətbiq edəcək. Ukrayna Prezident Aparatı rəhbərinin müşaviri Mixailo Podolyak bəyan edib ki, Tramp Putinlə danışanda başa düşəcək ki, Putin dönəmindəki Rusiya ilə heç nəyi müzakirə etməyin mənası yoxdur və sadəcə, Ukraynaya dəstəyi artırmaq lazımdır.

E. KAMAL
Chosen
9
50
reyting.az

10Sources