Dünyanın ən məşhur sosial media platformalarından biri olan “TikTok” ABŞ-da xaotik bir prosesdən keçir.

İndex.az xəbər verir ki, bir neçə gün əvvəl platformanın ABŞ-a girişi bloklanacaqdı, lakin Donald Tramp bu qərarını bir müddət təxirə saldı. Ancaq bu qərara baxmayaraq, “TikTok”un ABŞ əməliyyatları Çinin nəzarətindən çıxmalıdır.

MrBeast “TikTok”u almaq üçün qollarını çırmalayıb. Bununla belə, MrBeast Donald Trampın “TikTok”un ABŞ əməliyyatlarını əldə etmək üçün düşündüyü ad deyil. Mövzu ilə bağlı açıqlama verən Tramp İlon Mask və Larri Ellisonun adını çəkib.