EN

Arne Slot ÇL-də Hansi Flikə məxsus nailiyyəti təkrarladı

Çempionlar Liqasının Liqa mərhələsinin 7-ci turunun “Lill”lə ev oyunu “Liverpul”un niderlandlı baş məşqçisi Arne Slot üçün əlamətdar olub.

Arena.az məlumat verir ki, 2:1 hesablı qələbə qazanmış “qırmızılar” Çempionlar Liqasının 1/8 mərhələsinə birbaşa vəsiqəni təmin ediblər.

Arne Slot bu qələbə sayəsində hazırda “Barselona”nı çalışdıran alman mütəxəssis Hans-Diter Flikin “Bayern”in sükanı arxasında Çempionlar Liqasında müvəffəq olduğu nailiyyəti təkrarlayıb. Slot bir klubun baş məşqçisi olaraq Çempionlar Liqasında ilk 7 oyunda ardıcıl qələbələri sıralamış ikinci mütəxəssis olub. Flikin 2019/2020-ci illər mövsümndə nail olduğu uğur isə davamlı və daha möhtəşəmdir. Belə ki, alman mütəxəssis “Bayern”in zəfəri ilə başa çatmış həmin mövsümdə ardıcl 11 qələbəni sıralayaraq, yarışın bütün oyunlarında qalib ayrılmışdı.

7 oyundan sonra 21 xala malik “Liverpul” UEFA Çempionlar Liqasının Liqa mərhələsinin yarış cədvəlinin zirvəsində pilləsində qərarlaşıb.

Chosen
12
21
arena.az

10Sources