EN

"ABŞ Ukraynada müharibəni elə bitirmək istəyir ki, bir daha başlamasın" - Rubio

ABŞ prezidenti Donald Trampın administrasiyası Ukraynada müharibəni elə bitirmək istəyir ki, bir neçə ildən sonra yenidən başlamasın.

Sitat.info xəbər verir ki, bu barədə ABŞ-ın yeni dövlət katibi Marko Rubio  müsahibəsində bildirib.

“Ukraynada müharibəyə son qoymaq ABŞ-ın siyasətidir və biz bunun üçün əlimizdən gələni etmək istəyirik.

Rubio qeyd edib ki, Tramp administrasiyası bu müharibənin stabil şəkildə başa çatması üçün səy göstərmək niyyətindədir.

"Beləliklə, biz müharibənin bitdikdən sonra  iki, üç və ya dörd ildən sonra yenidən başlamasını istəmirik. Biz sabitliyi təmin etmək istəyirik", - dövlət katibi vurğulayıb.

Nigar,

Sitat.info

 

Chosen
14
50
sitat.info

10Sources