Belə ki, ''Şaxtyor'' və Ukrayna yığmasının forvardı Danilo Sikan danışıqları tamamlamaq, tibbi müayinədən keçmək, eləcə də müqaviləyə imza atmaq üçün bu gün Trabzona gəlib.
''Football-plus.az'' xəbər verir ki, hazırda Trabzon təmsilçisində ukraynalı müdafiəçi Arseni Bataqov da forma geyir. Trabzon hava limanında klub rəsmiləri tərəfindən qarşılanan 23 yaşlı Sikan türkiyəli həmkarlarımıza bunları deyib:
''Trabzonspor'' böyük hədəfləri olan böyük bir klubdu. Fanatların da necə çılğın olduğunu bilirəm. Bütün bunları nəzərə alaraq bu klubu seçdim. İnkişafım, karyeram və gələcəyim baxımından mənim üçün mühüm bir transferdi. Mən mərkəz hücumçusuyam. Amma məşqçi harda şans versə, orda da oynamağa hazıram. Məşqçi ilə hələ ki, bu məsələni müzakirə etməmişəm. Təbii ki, Bataqovla da məsləhətləşdim. O da mənə klubla bağlı gözəl şeylər söylədi. Hücumameyilli oyuna üstünlük verən, titullar uğrunda mübarizə aparan bir klub olduğunu dedi. Mən də məhz bu cür klub axtarırdım. Ailəm mənimlə birlikdə Ukraynada yaşayırdı. Amma onları da Türkiyəyə gətirməyə çalışacam. ''Trabzonspor''un digər ukraynalı futbolçu Zubkov ilə maraqlandığını da bilirəm. Nə olacağını zaman göstərəcək. Bəlkə elə Zubkov da bura gəldi''.
Daniel Sikan ''Karpatı''nın yetirməsidi və karyerasını da bu klubda başlayıb. 2019-dan bu yana o, ''Şaxtyor''un üzvüdü. Bu müddətdə ''Mariupol'' və ''Hanza''da icarə əsasında top qovub. Sikan bu mövsüm ''Şaxtyor''da 18 rəsmi oyunda 4 qol, 1 məhsuldar ötürmə ilə fərqlənib. Bu transferin ''Trabzonspor''a 5 milyon avroya başa gələcəyi gözlənilir.
ƏLİ