EN

Ərdoğan yanğın yerinə gedir

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Kartalkaya rayonunda oteldə baş verən yanğında həlak olanların anım mərasimində iştirak etmək üçün Bolu vilayətinə gedəcək.   Manset.az Milliyet-ə istinadən xəbər verir ki, Türkiyə dövlət başçısını səfərdə həyat yoldaşı Əminə Ərdoğan müşayiət edəcək. Prezident və birinci xanım yanğında həlak olanların cənazə namazında iştirak edəcəklər.

Xatırladaq ki, faciə uşaqlar da daxil olmaqla 76 nəfərin həyatına son qoyub.

Chosen
3
manset.az

1Sources