Sakit okeanda Saxalin və Yaponiya arasında səkkiz il əvvəl yoxa çıxan dənizçinin qalıqları tapılıb.
Publika.az xəbər verir ki, bu barədə REN TV kanalı hüquq-mühafizə orqanlarının əməkdaşlarına istinadən məlumat yayıb.
Kanalın həmsöhbəti bildirib ki, itkin düşmüş şəxsin qalıqları Saxalin və Yaponiya arasında okeanda tapılıb.
Qeyd olunub ki, Xolmsk əsilli Andrey F. 2017-ci ildə itkin düşüb. Sonra onun balıqçı gəmisi Çinin Veyhay limanını tərk edib. Səkkiz il ərzində onun haqqında heç bir məlumat alınmayıb.