EN

Hadisə bu məşhurları məhkəməyə verdi: 50 min tələb edir

Türkiyəli pop ulduz Hadisə futbol şərhçisi Ahmet Çakarı məhkəməyə verib.

News24.az Publika.az-a istinadla xəbər verir ki, bu barədə Türkiyə mətbuatı yazıb.

Məlumata görə, müğənni ona “Hədisə tərbiyəsiz qadındır” dediyi üçün Ahmet Çakar haqqında 50 min lirə (təxminən 2400 AZN) təzminat iddiası qaldırıb.

Hadisə həmçinin şəxsi hüquqlarının pozulduğunu əsas gətirərək “Beyaz TV” və “Söylemezsem Olmaz” verilişinin aparıcıları Bilal Özbilge, Bilal Özcan, Pınar Eliçe və Didem Delendən 50 min lirə təzminat tələb edib.

Xatırladaq ki, Ahmet Çakar Hadisə ilə keçmiş sevgilisi Sinan Akçılın qalmaqalından danışarkən Sinanı müdafiə edərək müğənni ilə bağlı nalayiq ifadələr səsləndirmişdi.


Chosen
17
50
news24.az

10Sources