Bir neçə gün öncə Dubayda vəfat edən “Qarabağ”ın fəxri-prezidenti və sahibi Abdolbari Gozal klubun Avropa Liqasında sabah Rumıniyanın FKSB klubuna qarşı keçirəcəyi matçda 1 dəqiqəlik sükutla yad ediləcək.
Bu barədə “Qafqazinfo”ya klubun mətbuat xidmətinin rəhbəri Anar Hacıyev məlumat verib.
O bildirib ki, bir dəqiqəlik sükutla yanaşı futbolçular meydana qara sarğı ilə çıxacaqlar.