EN

?Google? ?OpenAI?nin rəqibinə daha $1 mlrd. sərmayə qoyur

?Google? korporasiyası süni intellekt (AI) texnologiyalarını inkişaf etdirən və bu sahədə ?ChatGPT? çat-botunun yaradıcısı ?OpenAI? ilə rəqabət aparan Amerikanın ?Anthropic? şirkətinə daha 1 milyard dollar sərmayə qoyub, bu barədə “Financial Times” qəzeti yazır.

Qəzetin məlumatına görə, ?Google? artıq ?Anthropic?ə təxminən 2 milyard dollar sərmayə qoyub və hazırda şirkətdəki payını artırır. Nəşrin mənbələri qeyd edir ki, ?Anthropic? həmçinin Silikon Vadisi vençur kapitalistlərindən daha 2 milyard dollar toplamaq ərəfəsindədir ki, bu da şirkətin təxmin edilən dəyərini üç dəfə artıraraq 60 milyard dollara çatdıracaq. Qəzet bildirir ki, 2024-cü ilin dekabrında ?Anthropic?in gəliri 1 milyard dollara çatıb ki, bu da əvvəlki illə müqayisədə təxminən 10 dəfə çoxdur.

?Anthropic? 2021-ci ildə keçmiş ?OpenAI? işçiləri tərəfindən təsis edilib və tezliklə süni intellekt sisteminin inkişafı sahəsində aparıcı oyunçulardan birinə çevrilib. Şirkət ilk dəfə 2022-ci ildə flaqman məhsulu olan ?Claude? çat-botunu təqdim edib və nəticədə ?Google? və ?Amazon? texnologiya nəhəngləri də daxil olmaqla əhəmiyyətli investisiyalar toplayıb.

Chosen
22
32
banker.az

10Sources