2024-cü ildə Azərbaycanda 2017-ci ildən bəri ilk dəfə Mərkəzi Bankın valyutya ehtiyatları azalıb. Əgər 2023-cü ilin sonuna Mərkəzi Bankın strateji ehtiyatları 11613 milyon dolar olmuşdusa, 2024-cü ilin sonuna 10959,5 dollara enib. Ortada 635,5 milyon dollar azalmadan söhbət gedir.
“AzPolitika.info” xəbər verir ki, bu barədə iqtisadçı Zöhrab İsmayıl məlumat verib.
Onun sözlərinə görə, azalma prosesi əslində 2024-cü ilin sentyabrından sonra başlayıb. Mərkəzi Bankın valyuta hərracları haqda məlumatları izləyənlər bilir ki, 2024-cü ilin xüsusilə III rübündə satışlar artmışdır.
Zöhrab İsmayıl Mərkəzi Bankın valyuta ehtiyatlarının səbəblərini belə izah edir: “Azərbaycan iqtisadiyyatındakı böhran neft hasilatı azaldığı bir dövrdə neft qiymətləri bir az aşağı düşən kimi özünü büruzə verir və valyuta bazarında manatın mübadilə kursunu qorumaq üçün Mərkəzi Bankın müdaxiləsinə ehtiyac yaranır. Bunun da dərin səbəbləri var ki, onlardan biri ölkədən rəsmi və qeyri-rəsmi kapital axınıdır. Bu proses də 2022-ci ildən xeyli intensivləşib”.
“AzPolitika.info”