Donald Trampın administrasiyası ABŞ Ədliyyə Nazirliyinin 15-dən çox əməkdaşını başqa yerə köçürüb və ya işdən azad edib. AFN.az xəbər verir ki, bu barədə "Washington Post" qəzeti mənbələrə istinadən məlumat yayıb.“Tramp administrasiyası ədliyyə departamentinin təcrübəli və yüksək səviyyəli məmurlarını, o cümlədən milli təhlükəsizlik və cinayət təhqiqatları bölmələrində olan məmurları başqa işə keçirib və ya işdən çıxarıb. Kadr dəyişiklikləri ən azı 15 işçiyə təsir edib. Bu, ABŞ-ın yeni hakimiyyət orqanlarının departamentdə struktur dəyişiklikləri aparmaq, həmçinin immiqrasiya siyasəti məsələlərinə daha çox diqqət yetirmək niyyətindən xəbər verə bilər”, - deyə nəşr yazır.Həmçinin mənbələrə görə, hüquqi problemlərin qarşısını almaq üçün məmurların bir çoxu nazirlikdə vacib qərarların qəbuluna daha az təsir edəcək başqa vəzifələrə keçirilib. Qeyd olunur ki, onlar yeni vəzifələrində qalıb-qalmamaq və ya şöbəni tərk etmək barədə qərar verməli olacaqlar.