EN

Türkiyə Prezidenti yanğının baş verdiyi bölgəyə səfər edib

İstanbul, 22 yanvar, Günel Karatepe, AZƏRTAC

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün Bolu vilayətində yerləşən Kartalkaya xizək mərkəzində baş verən yanğınla bağlı bölgəyə səfər edib.

AZƏRTAC xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə Əlaqələr Departamenti məlumat yayıb. Bildirilib ki, Türkiyə Prezidenti və xanımı Əminə Ərdoğan bu faciədə həyatını itirənlərin dəfn mərasimlərində iştirak edəcəklər.

Qeyd edək ki, bu gün səhər saatlarından etibarən AFAD və yanğınsöndürən qruplar Kartalkaya xizək mərkəzindəki yanğının baş verdiyi “Grand Kartal” otelində yenidən fəaliyyətə başlayıblar. Otelin böyük hissəsinin taxta materialdan olması səbəbindən çökmə riskinə qatşı qabaqlayıcı tədbirlər alınır.

Xatırladaq ki, dünən gecə saatlarından başlayaraq Türkiyənin Bolu vilayətində yerləşən Kartalkaya xizək mərkəzindəki oteldə baş verən yanğında 76 nəfər həyatını itirib. Yanğınla bağlı Türkiyədə bir günlük matəm elan edilib.

Chosen
7
3
azertag.az

4Sources