Rusiya prezidenti Vladimir Putin hökumətə 2024-cü ilin sonuna qədər faktiki inflyasiya nəzərə alınmaqla sığorta və hərbi pensiyaları qısa müddət ərzində 9,5 faiz indeksləşdirməyi tapşırıb.
Oxu24.com xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Müvafiq əlavə ödənişlərin 2025-ci ilin fevralında baş tutacağı gözlənilir. Hərbi təqaüdçülərə gəlincə, Putin qeyd edib ki, əlavə indeksləşdirmənin aparılması məqsədəuyğun olardı. “Hökumətdən sosial ödənişlərin və müavinətlərin indeksləşdirilməsi ilə bağlı bu və digər qərarların icrası üçün mümkün qədər tez lazımi tədbirlər görməsini xahiş edirəm”, - deyə prezident yekunlaşdırıb.
Bundan əvvəl Dövlət Dumasının Əmək, Sosial Siyasət və Veteranların Məsələləri Komitəsinin üzvü Svetlana Bessarab Dövlət Dumasının sığorta pensiyalarının əlavə indeksləşdirilməsi ilə bağlı yanvar ayında qərar qəbul etməsinin mümkünlüyünü açıqlamışdı. O xatırladıb ki, 2024-cü ilin sonuna Rusiyada istehlak qiymətlərinin artım tempi 9,52 faiz təşkil edib.
Bu günə kimi ölkədə işləyən və işləməyən pensiyaçılara ödənişlər cəmi 7,3 faiz artırılıb. Millət vəkilinin sözlərinə görə, pensiyaların əlavə indeksləşdirilməsi bu balanssızlığı aradan qaldıra biləcək. Hərbi pensiyaçılara ödənişlərin 4,5 faiz artırılması, Bessarabın qeyd etdiyi kimi, əvvəlcə 2025-ci il oktyabrın 1-nə planlaşdırılıb.
Nigar