Elhad Nəziri saytımıza açıqlamasında “Cəbrayıl”ın maliyyə problemlərinin olduğunu deyib. Maliyyə problemlərini aradan qaldırmaq mümkün olacaqmı? Futbolçuların da ayrılması gözlənilirmi? Yeni baş məşqçi axtarışına başlamısızmı? Bu sualları klubun himayədarı və direktoru Şahin Məmmədova ünvanladıq:
“Klubun heç bir maliyyə problemi yoxdu. Elhad Nəzirinin bu barədə nəsə deməsi inandırıcı deyil. AFFA tərəfindən ayrılan vəsait artıqlamasıyla bəs edir. Futbolçuların hamısı komandadı. Zədəlilərimiz zədələrini müalicə edirlər. Sırf azərbaycanlı futbolçularla danışıqlar davam edir. Yeni baş məşqçi axtarışı da planlarımıza daxildi”.
ƏSƏD SEYİDOV