Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında VII tura start verilib.
"Far.Az"un məlumatına görə, ilk oyun günündə iki matç keçirilib.
"Gənclər"in MOİK-lə üz-üzə gəldiyi qarşılaşmada "hərbiçilər" 3:2 hesabı ilə qalib gəliblər. "Xilasedici" - "Neftçi" görüşündə isə birincilər 3:0 hesablı qələbəyə seviniblər.
Görüşlər müvafiq olaraq Sumqayıt Olimpiya İdman Kompleksi və Fövqəladə Hallar Nazirliyinin idman zalında təşkil edilib.
Qeyd edək ki, tura yanvarın 23-də gerçəkləşəcək “Azərreyl” - “Murov Az Terminal” oyunu ilə yekun vurulacaq.