Türkiyənin Bolu vilayətinin Kartalkaya dağ-xizək mərkəzinin hotelində baş vermiş yanğınla bağlı daha iki nəfər saxlanılıb.
Azreform.info Publika.az-a istinadən xəbər verir ki, Bolu Bələdiyyə sədrinin müavini Sedat Gülener və Yanğınsöndürmə xidmətinin rəis müavini Kenan Coşkunun saxlanıldığı bildirilir.
Daha öncə hadisəylə əlaqədar olaraq 9 nəfər saxlanılmışdı.
Qeyd edək ki, yanğın nəticəsində 76 nəfər həlak olub. Türkiyədə bu gün matəm elan edilib.