Ötən gün Türkiyənin Bolu vilayətinin Kartalkaya dağ-xizək mərkəzinin hotelində baş verən yanğında ölənlərin sayı artıb.
Modern.az TRT kanalına istinadən xəbər verir ki, Bolu Respublika Prokurorluğu yanğında həyatını itirənlərin sayının DNT testləri nəticəsində 79-a yüksəldiyini bildirib.
Qeyd edək ki, daha öncə ölənlərin sayının 76 olduğu bildirilib.