Ajans.az xəbər verir ki, Qəzza zolağında 137 təhsil müəssisəsi, 823 məscid, 3 kilsə, 206 tarixi və ya mədəni dəyərə malik obyekt, 161 min mənzil dağıdılıb.
160 tibb müəssisəsi hədəfə alınıb. Enerji təchizatı sisteminə, su təchizatı və kanalizasiya şəbəkəsinə, yol-nəqliyyat infrastrukturuna xeyli ziyan dəyib.
Ümumilikdə 47 min 35 fələstinli həlak olub, 111 min fələstinli isə yaralanıb.
Qeyd edək ki, Qəzzada atəşkəs 19 yanvarda qüvvəyə minib.