EN

İraq parlamentinin qərarı uşaq nikahlarını faktiki qanuniləşdirir

Bakı. Trend:

İraq parlamenti qəbul etdiyi qanun dəyişiklikləri ilə uşaqevliliyini faktiki olaraq qanuniləşdirib.

Trend-in"Associated Press"ə istinadən verdiyi xəbərə görə, yenidəyişikliklər İslam məhkəmələrinə ailə məsələlərində, o cümlədənnikah və boşanmalarla bağlı daha geniş səlahiyyətlər verir. İraqdaminimum nikah yaşı 18 olsa da, dəyişikliklər din xadimlərinə "özİslam qanunlarına uyğun" qərarlar vermək imkanı tanıyır. Bəzi dinxadimləri hesab edir ki, qızlar 9 yaşında belə ərə veriləbilər.

Hüquq müdafiəçiləri bildirir ki, bu dəyişikliklər İraqın qadınhüquqlarını qoruyan 1959-cu il ailə qanununu pozur. Bununla yanaşı,qanunvericiliyi dəstəkləyən mühafizəkar şiə deputatlardəyişikliklərin "İslam prinsiplərinə uyğunlaşdırıldığını" və bununİraq mədəniyyətini "Qərb təsirindən qoruyacağını" iddiaedirlər.

BMT-nin 2024-cü il statistikalarına görə, İraqda qadınlarıntəxminən 28%-i yetkinlik yaşına çatmadan ailə qurur. Qanun qəbuledilməzdən əvvəl belə evliliklər qeyri-rəsmi sayılır və qızlarındoğum evlərinə qəbul edilməsində problemlər yaranırdı.

Hüquq müdafiəçiləri xəbərdarlıq edir ki, uşaq nikahlarınınqanuniləşdirilməsi azyaşlı qızları fiziki və cinsi zorakılıqriskinə daha çox məruz qoya bilər.

Chosen
21
1
az.trend.az

2Sources