İndoneziyada daşqın və torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 21 nəfərə çatıb.
News24.az xəbər verir ki, bu barədə “Associated Press” (AP) məlumat yayıb.
“İndoneziya xilasediciləri daha dörd cəsəd aşkar ediblər... nəticədə ölənlərin sayı 21 nəfərə çatıb”, – agentlik bildirib.
Məlumata görə, məcrasından çıxmış çayların suları Mərkəzi Yava əyalətinin Pekalonqan rayonunda doqquz kəndi basıb, güclü yağışlardan sonra dağ kəndlərinə torpaq sürüşmələri olub.
Təbii Fəlakətlərlə Mübarizə üzrə Milli Agentliyin nümayəndəsi Abdul Muhari açıqlayıb ki, daşqın Petunqkriyono kurort zonasında iki evi və kafeni dağıdan torpaq sürüşməsinə səbəb olub.
O həmçinin əlavə edib ki, ümumilikdə təbii fəlakətlər 25 evi, bir bəndi və Pekalonqanda kəndləri birləşdirən üç əsas körpünü məhv edib. Azı 13 nəfər yaralanıb və təxminən 300 nəfər müvəqqəti hökumət sığınacaqlarına qaçmağa məcbur olub.
\\report