EN

"Uşaqların qışqırtıları, anaların onları pəncərədən atmasını unuda bilmirəm..." 

Türkiyənin Bolu vilayətində baş verən hotel yanğınında 79 nəfər həyatını itirib.

AzEdu.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, yanan hoteldən 200 metr aralıda qalan Banu Osanmaz hadisə zamanı gördüklərindən danışıb.

"Həmişə xəbərlərdə belə hadisələri izləyirdik, amma bunu öz gözlərimlə yaşamaq həqiqətən ürəyimə toxundu. O uşaqların qışqırtıları, uşaqları pəncərədən atan analar, bunlar təsvir olunmaz hisslərdir. Heç nə edə bilmirsən, sadəcə baxırsan və heç nə edə bilmirsən".

O, bir daha buraya gəlməyəcəyini bildirib.

Hotel işçisi Orhan Kaya da yanğın zamanı orada idi:

"Ümidsizliyin nə olduğunu həmin gün başa düşdüm. Yaşadığımız cəhənnəm kimi idi. Pəncərələri yuxarıdan açanda hava təzyiqlə içəri doldu və içəridə partlayışlar başladı. Müdirimizin qızı (Dilarə Ermanoğlu) dünyasını dəyişdi, 24 yaşında idi. Qorxudan pəncərədən atılıb"

 

Chosen
3
azedu.az

1Sources