Bakı.Trend:
Ölkə ərazisində keçiriləcək bələdiyyə seçkiləri ilə bağlı seçkibülletenləri ilk olaraq dünən Naxçıvana çatdırılıb.
Trend xəbərverir ki, bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahovjurnalistlərə açıqlamasında deyib.
O qeyd edib ki, bülletenlər dünən AZAL vasitəsiylə Naxçıvanaçatdırılıb.
“Bu gün isə digər bölgələrə çatdırılması planlaşdırılır”,- deyəo qeyd edib.
Xatırladaq ki, yanvarın 29-da Azərbaycanda bələdiyyə seçkilərikeçiriləcək.