Məşhur türkiyəli müğənni Hadise onu təhqir edən futbol şərhçisi Ahmet Çakarı məhkəməyə verir.
Bizim.Media xəbər verir ki, Çakar qatıldığı bir proqramda Hadisenin ünvanına təhqiramiz sözlər səsləndirib. O, Hadise ilə keçmiş sevgilisi Sinan Akçılın qalmaqalından danışıb. Sinanı müdafiə edən Çakar Hadise ilə bağlı nalayiq ifadələr söyləyib.
Qeyd edək ki, Hadise qatıldığı “YouTube” proqramında şəxsi həyatı ilə bağlı etdiyi təəccüblü etiraflardan sonra Ahmet Çakarın tənqid hədəfinə çevrilib.
Bizim.Media