Bolunun Kartalkaya xizək mərkəzində yerləşən Grand Kartal otelində baş verən dəhşətli yanğında ağır yaralanan gənc qız xəstəxanada dünyasını dəyişib.
Yenisabah.az xəbər verir ki, hadisənin faciəvi detalları ortaya çıxıb.
1,5 ay əvvəl Grand Kartal otelində ofisiant kimi işə başlayan 25 yaşlı Şevval Şahin ağır yaralanaraq xəstəxanaya yerləşdirilsə də, müalicə aldığı reanimasiya şöbəsində həyatını itirib.
Yanğın zamanı Bartında ticarətlə məşğul olan atası Erdal Şahin qızı ilə video zəng vasitəsilə danışıb. Şevval Şahinin otelin personal mərtəbəsində sıxışıb qaldığı və vəziyyətin ümidsizliyə doğru getdiyini görərək atasına zəng etdiyi bildirilir. Söhbət əsnasında həyatda qalmaq üçün başqa çıxış yolu olmadığını düşünən Şahin atasının gözü qarşısında 12-ci mərtəbənin pəncərəsindən tullanmaq qərarına gəlib.
Qeyd edək ki, hadisə ilə əlaqədar olaraq yanğının səbəblərinin araşdırılması və aidiyyəti şəxslərin məsuliyyətinin müəyyənləşdirilməsi davam edir.
Aytac Şahin
Telegram kanalımız