EN

Rusiya MN-nin keçmiş müavininin evindən külli miqdarda silahlar müsadirə edilib

Müstəntiqlər Rusiya Federasiyasının müdafiə nazirinin keçmiş müavini Timur İvanovun evinə baxış zamanı 30-dan çox silah müsadirə ediblər.

Herbiand.az bildirir ki, bu barədə TASS-a hüquq-mühafizə orqanları məlumat verib.

Qeyd edək ki, Timur İvanov külli miqdarda rüşvət almaqda, həmçinin iki dəfə mənimsəmədə və “İnterkommerts” bankdan 4 milyard rubldan çox pul çıxarmaqda ittiham olunur.

“Timur İvanov və digər təqsirləndirilən şəxslərə qarşı cinayət işinin istintaqı çərçivəsində müstəntiqlər təqsirləndirilən şəxslərə məxsus yaşayış binalarına baxış zamanı 30-dan çox odlu silah, o cümlədən ov və mükafat silahları götürüblər. Onların hamısı ballistik ekspertizaya göndərilib. ”, - agentliyin mənbəsi bildirib.

İbtidai istintaq zamanı təqsirləndirilən şəxslərdən heç biri təqsirini etiraf etməyib.

Timur İvanov 2016-cı ilin may ayından müdafiə nazirinin müavini vəzifəsində çalışırdı. O, hərbi-tikinti kompleksinin işinə rəhbərlik edib.

Bəxtiyar CƏFƏRLİ

Chosen
7
herbiand.az

1Sources